Şirkətin maliyyə hesabatına görə, bu, 2019-cu ilə nisbətən 2 % çoxdur.
Gent.az xəbər verir ki, ötən il "Azərsığorta"nın gəlirləri 82 milyon 102 min manat (illik müqayisədə 51 % çox), xərcləri isə 80 milyon 183 min manat (52,8 % çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərsığorta”nın aktivləri 54 milyon 525 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 52,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 97,9 % artaraq 35 milyon 775 min manata, balans kapitalı isə 6,1 % artaraq 18 milyon 751 min manata çatıb.
Xatırladaq ki, "Azərsığorta" 1991-ci ildə yaradılıb, ölkənin bütün şəhər və rayonlarında təmsil olunan yeganə sığorta şirkətidir. Onun nizamnamə kapitalı 9 milyon manatdır.(marja.az)