Pandemiya dönəmində heç yerə çıxa bilməyib adrenalin yaşamaq istəyənlər üçün əla fürsətdir.
Portuqaliyanın şimalında yerləşən və UNESCO tərəfindən unikal geoloji landşafta malik ərazi kimi qəbul edilən Aroka parkında dünyanın ən uzun asma körpüsü fəaliyyətə başlayıb.
Payva çayının üzərində 176 metr hündürlükdə uzanan körpünün uzunluğu 516 metr təşkil edir.
Bu tikili 2,3 milyon avroya başa gəlib. Yerli hakimiyyət ümid edir ki, bu yenilik turistərin bura axmasına təkan verəcək. Bu körpü mühəndislik möcüzələrinə, gözəl təbiət mənzərələrinə və adrenalinə qiymət verənlər üçün maraqlı olacaq.
Qeyd etmək lazımdır ki, körpüdən keçmək hər adamın işi deyil. Çünki hər addım atdıqda o ayaqlarınızın altına yellənir.