Mərkəzi Bankın daxili audit departamentinin yeni direktoru Elçin Əlizadə təyin edilib.
Gent.az xəbər verir ki, o, bu vəzifədə Şakir Heydərovu əvəzləyib. Bundan əlavə, Elnur Məmmədov əməliyyat riskləri şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, Elçin Əlizadə bundan əvvəl "PAŞA Bank"ın Maliyyə İdarəedilməsi departamentinin direktoru olub.