“Amazon”un qurucusu Ceff Bezos gizli olaraq üçüncü mülkünü milyarderlər üçün adlanan bunkerdə - Mayamidəki Indian-Creek adasında alıb.
Gent.az bildirir ki, bundan “Bloomberg“ xəbər tutub.
Yeni mülk Bezosa 90 milyon dollara başa gəlib; sövdələşmə bazardan kənarda baş verib. Mülk altı yataq otağından ibarətdir və sonuncu dəfə 1998-ci ildə 2,5 milyon dollara satılıb. Mənbələrin bildirdiyinə görə, iş adamı Mayamidə əvvəllər aldığı evlərin yenidən qurulması davam edərkən yeni mülkdə məskunlaşmağı planlaşdırır
Bezos 2023-cü ildə "milyarder bunkerində" ev almağa başlayıb. Beş ay ərzində o, Indian-Creekdən iki bitişik ev almışdı. Birinci obyektin dəyəri 79 milyon, ikincinin dəyəri isə 68 milyon dollar olub.