Bəzən işçilərin əmək haqqlarının verilməsində bir neçə gün gecikmələr olur.
Qanunla gecikmələrdən sonra maaşlar verildikdə, işçinin faiz tələb etmə hüququ varmı?
Gent.az xəbər verir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, eləcə də bu hal fərdi əmək mübahisəsi yaratmadığı müddətdə, gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.