Amerikalı alimlər müəyyən ediblər ki, testosteron istifadəsi yaşa dolmuş insanlarda (58-78) ürəktutmasının yaranması və ürək-damar xəstəliklərinin fəsadlaşması riskini azaldır.
Araşdırma zamanı ürək xəstəliklərinin müalicəsi zamanı iki qrup fərqli dozalarada testosteron alır, üçüncü qrup isə standart terapiya kursu keçir.
Bir ildən sonra testosteron qəbul etməyən qrupda ürəklə bağlı problemlərin pisləşməsi müşahidə olunub. Orta dozada hormon qəbul edən qrupun yalnız 25% xəstəliyin gedişatından şikayət edib. Böyük dozada testosteron qəbul edən qrupda isə 25%-da az insanın vəziyyəti psiləşib. Həmin tendensiya bir neçə il keçdikdən sonra da müşahidə olunub.
Beləliklə, sübuta yetirilib ki, terapiya vasitəsi ilə testosteron səviyyəsinin normallaşdırılması mühüm şəkildə ürək xəstəliklərinin yaranması riskini azaldır.
Bundan əlavə, aparılan tədqiqat 2015-ci ildə aparılan diqgər araşdırmanın nəticələrini təsdiq edib.
Həmin araşdırma əsasında məlum olmuşdu ki, belə bir xəstəlikdən əziyyət çəkməmiş kişilərə əlavə olaraq testosteron yeridilməsi yarana biləcək ürək xəstəliklərinin qarşısını almaq kömək edir.