Gent.az kişilər və qadınlar arasında olan fərqlilikləri diqqətinizə çatdırır.
- Kişilər qadınlardan daha aqressiv olub, fiziki güc istifadəsinə çox meyllidirlər. Bu, testosteronla bağlıdır. Qadınlar isə daha çox sözlə hücuma keçir və dillə mübarizə aparırlar.
- Kişilərin sızanaq problemi daha çoxdur. Bu da daha çox testosteron hormonundan qaynaqlanır. Bu hormon yağ vəzilərini qıcıqlandırır və dəridəki məsamələrin zəifləməsinə, dolayısı ilə sızanaqların yaranmasına gətirib çıxarır.
- QİÇS xəstələrinin 75 faizi kişi, 25 faizi qadındır. Qadınların daha az QİÇS-ə yoluxmasının səbəbi xəstəliyi daşıyan X xromosomundan iki dənə olmasıdır. Beləliklə, bir xromosom xəstəlik tapsa, digəri ona güc gələ bilir.
- Qadınlar yüksək səslə danışmağı və səsli düşünməyi sevir, kişilər hər ikisini də ürəyində etməyə üstünlük verir. Buna görə qadınlar kişiləri "hissiyyatsız eqoist varlıqlar" adlandırırlar, kişilər isə qadınları "baş-beyni aparan, zəhlə tökən varlıqlar” kimi görürlər.
- Kişilərin bədən qoxusu qadınlarınkından kəskindir.
- İdmanda kişilər qadınlardan daha sürətlidir, amma qadınlar daha dözümlüdür.
- Kişilərdə 4.5, qadınlarda isə 3.6 litr qan var. Kişi qanı daha tünd konsistensiyalıdır, hər damcısında 1 milyon qan hüceyrəsi var. Kişilərdə 1 kub santimetr qanda 5 milyon qırmızı qan hüceyrəsi var, bu da qadınlarla müqayisədə iyirmi faiz çox deməkdir. Kişilərin təzyiqi də qadınlardan yüksəkdir: 140/88. Qadınlarda 130/80-dir.
- Qadınlar dərilərinin altındakı yağ təbəqəsinə görə daha yaxşı üzürlər.
- Qadınlar menopauza dövründə hərarətin qalxması, yuxusuzluq, kökəlmə, gecə tərləmələri və vagina quruluğu kimi əlamətlər yaşayırlar. Kişilər andropoz deyilən yaş dövründə demək olar ki, heç bir fiziki əlamət yaşamırlar.
- Kişilərin bədən temperaturu qadınlardan daha yüksəkdir. Kişi bədəninin 60-70 faizi sudan ibarətdir. Qadın bədənindəki su nisbəti isə 50-60 faiz arasındadır.