2019-cu ildə avtomobillərin mühüm yerə malik olduğu bir çox filmin şahidi olduq: “Milyonluq araba”, “Ford VS Ferrari”, “Forsaj” və s. Biz iki il öncə kino qəhrəmanlarının sürdüyü ən yaxşı avtomobillərin siyahısını sizə təqdim edirik:
1.“Bir zaman...Hollivudda”
Filmdəki bütün “çiçək” avtomobillər Bred Pittin canlandırdığı Kliff Buta qismət olur. Bir çox zaman o 1966-cı il buraxılışı “Cadillac Coupe Deville” maşınının sükanı arxasında oturur. Filmdə Kliff içkili halda avtomobil idarə etdiyinə görə sürücülük vəsiqəsinə xitam verilən Rik Daltonun (Leonardo Di Kaprio) sürücüsüdür. Lakin Bred Pitt başqa maşında – “Volkswagen Karmann-Ghia”da mükəmməl sürmə qabiliyyətləri sərgiləyir.
2.“Yaşıl kitab”
Yaxşı filmin və mükəmməl avtomobilin birləşdiyi növbəti film. Burada əsas nəqliyyat vasitəsi qismində “Cadillac Deville” daha yaşlı modeli çıxış edir. 1962-cil buraxılışlı avtomobil klasik amerikan roud-muvisi üçün ən ideal seçimdir. Yeri gəlmişkən, bu kreyserlə səyahət etmək olduqca rahat idi: çünki onun kondisioneri, kruiz-kontrolu, yaxın və uzaq işıqların avtomatik dəyişmə sistemi var idi.
3.“Ford VS Ferrari”
Bu film də 1960-cı illərdə baş vermiş hadisədən bəhs edir. Kristian Beyl və Mett Deymon 1966-cı ilin “Ford GT40” sportkarının işıq üzü görməsini canlandırırlar. Bu markanın ən populyar modeli ilk dəfə lentə alınmır. 1971-ci ildə çəkilən “Le-Man” filmində əfsanəvi Stiv Makkuin məhz bu avtomobildə qarşımıza çıxır.
4.“Milyonluq araba”
Əfsanəvi “DeLorean DMC12” maşınının maraqlı tarixçəsi var. Bu amerikan xəyal irland yığımı və köhnəlmiş mühərriklər kosmik gəmi görünüşünün ziddiyətinə çırpılaraq məhv olmuşdur. Con Delorean öz “dəmir atını” qabaqcıl rotorlu mühərriklə təmin etmək istəyirdki, lakin bu texnologiyanı o zaman ərsəyə gətirə bilməmişdilər. Lakin buna baxmayaraq “DMC12” ekranlarda çox möhtəşəm görünür.
5.“Qara paltarlı adamlar: Beynəlxalq”
Baş qəhrəmanların dəyişməsi bu franşizanın əsas atributları olan bezdirici yaddplanetlilərə, fantastik texnologiyalara və dəbli qara kostümlərə təsir etmədi. Bundan əlavə, gizli xidmətin əməkdaşları nəhayət ki, yadplanetli obyektə bənzəyən avtomobil ilə təmin edildilər. 477 at gücünə malik “Lexus RC F” görənləri valeh edir. Onu idarə etmək çox rahatdır, 100km/s sürətini 4,5 saniyəyə yığır. Filmdə isə o hətta uça bilir.
6.“Qisasçılar: Final”
Biz artıq öyrəşmişik ki, Dəmir-adam bütün “dəmir atlardan” “Audi”yə üstünlük verir, lakin bu seriyada Toni Stark fərqli fikirlərlə qarşımıza çıxır. O, artıq benzini bəyənmir. Onun sürdüyü “Audi e-tron GT” xalis elektrokardır. Lakin nədənsə onun bu elektrikli avtomobili benzinlə işləyən maşın kimi “guruldayır”.
7.“Forsaj: Hobbs və Şou”
Damarlarında qan yerinə benzin axan insanlar bu filmin pərəstişkarlarıdır. Xoşbəxtlikdən ilk filmin işıq üzü görməsindən 18 il sonra da bu franşizadakı yarışlar kömpüterdə hazırlanmır. Bəli, düz anladınız. Onların hamısı dünyanın ən yaxşı kaskadyorları tərəfindən həyata keçirilir. Bu filmdə əsas çətinlik, çəkilişlər üçün verilən 3 “McLaren 720S” ikisinin geriyə sağlam şəkildə qaytarılması şərti olub. Bu sportkarlara sağ qalmaqda qısa zamanda sürət yığmaqla (100 km/s - 2,9 saniyə, 200 km/s – 7,8 saniyə ) birgə ideal əyləc sistemi kömək edirdi. Bundan əlavə, təhlükəsizliyi təmin etmək üçün aktyorlar sükan arxasına buraxılmdırdı.