ABŞ-ın sabiq Prezidenti Barak və həyat yoldaşı Mişel Obama tərəfindən qurulan “Supreme Ground Productions” şirkəti “Netflix”lə əməkdaşlığa başlayır.
Gent.az xəbər verir ki, şirkət platforma ilə birlikdə altı yeni layihə üzərində işə başlayacaq.
Məlumata görə, cütlük bir sıra sənədli filmlər, bir serial və dörd tammetrajlı bədii film üçün “Netflix” ilə əməkdaşlıq edəcək. Plana əsasən, layihələrin həyata keçirilməsi bir neçə il çəkəcək.