1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində oynadığı rollarla yanaşı, həm də xarizması, yaraşığı ilə qadınların ürəyində iz qoyan Arda Kurala “ yerli Di Kapri” ləqəbi verilmişdi.
Gent.az-ın xəbərinə görə, şizofeniya xəstəliyinə tutulduğuna görə ekranlardan uzaq düşən aktyor heyrətamiz dərəcədə dəyişmişdi. O kilo almış və aqressiv bir insana çevrilmişdi.
Uzun müddətli müalicədən sonra Arda Kural bu günlərdə bir teleproqrama qonaq olub.
Yaşadığı çətin günlərdən danışan Arda Kural kinoya qayıtmaq istəmədiyini bildirib və yeni peşəsindən danışıb.
Mədənçilik sahəsində həyatına yenidən başlamaq məcburiyyətində olduğunu izah edən Kural, "Əslində danışılası bir şey yoxdur. Sadə bir emalatxanam var. Orada qiymətli daşları araşdırıram” deyib.
Məşhur aktyor özünü 5 ildən sonra xaricdə brilyant alveri və ya qızıl alverçisi kimi gördüyünü də bildirib.
Qeyd edək ki, illər öncə Arda Kuralın anası oğlunun çimərliklərdə tapdığı rəngli daşları qiymətli daş hesab edib, topladığını bildirmişdi.