Netflix-də "Bağban" adlı yeni bir serial yayımlanıb və onu bir günə baxıb bitirmək mümkündür. Serialın süjet xətti o qədər cəlbedicidir ki, ondan ayrılmaq demək olar ki, mümkün deyil.
Gent.az xarici mediaya istinadən xəbər verir ki, altı seriyadan ibarət olan bu kriminal dram, aldığı travmalar nəticəsində hiss etmə qabiliyyətini itirən bir gəncdən bəhs edir. O, heç bir hiss yaşamır və bu səbəbdən bağban obrazı altında ən dəhşətli qətlləri həyata keçirir.
Süjetə əsasən, əsas rollardan birini həmin oğlanın anası canlandırır. Elmer adlı bu gənc məhz onun üçün işləyir və anası oğlunun bu xüsusiyyətindən ustalıqla istifadə edir — ancaq müəyyən bir vaxta qədər...
Elmer, yəni baş qəhrəman, gözlənilmədən potensial qurbanına aşiq olur. Serialda Elmer rolunu Alvaro Riko ifa edib, onun qəddar anasını isə “Kapadokiya” serialının ulduzu Sesiliya Suares canlandırıb. Elmerin aşiq olduğu qurban Vayoleteni isə Katalina Sopelana ekran obrazına çevirib.
Aktyor heyətinə həmçinin Emma Suares, Frensis Lorenso, Mariya Vaskes və İvan Massaje də daxildir.