İlk görüş cütlüklərin hər biri üçün həmişə həyəcanlıdır. Buna görə də, görüşü təsadüfən pozmamaq üçün bir neçə məqamı əvvəlcədən hazırlamaq lazımdır.
Gent.az xarici KİV-ə istinadən xəbər verir ki, öncə ağlınızda ən pis və yaxşı halları düşünməlisiniz.
Bu, sizi tam olaraq nəyin narahat etdiyini anlamağa kömək edəcək. Məsələn, kimsə seçdiyi birinin sadəcə görüşə gəlməyəcəyindən qorxur, digərləri isə söhbət zamanı onlara ünvanlanan kobudluqdan. Bundan əlavə, əvvəlcədən hava proqnozunu öyrənməli və görüş yerini razılaşdırmalısınız.
Oraya necə gedib geri dönəcəyinizi də düşünmək lazımdır. Unutmamalıyıq ki, bu vəziyyətdə təhlükəsizlik vacibdir. Yad adamın sizi girişdə qarşılayacağını və ya kafeyə aparacağını gözönünə gətirin. Nə geyinəcəyinizi əvvəlcədən düşünmək məsləhətlidir. Yalnız gözəl görünmək deyil, həm də rahat hiss etmək vacibdir. Söhbət üçün mövzular haqqında düşünsəz, yaxşı olar. Bu o demək deyil ki, zarafat etməməlisiniz, amma əvvəlcədən uyğun olmayan mövzuları və ya çox şəxsi hekayələri danışmamaq lazımdır.
Əgər nədənsə partnyorunuz özünü tərbiyəsiz, nəzakətsiz aparırsa və ya sizdə xoşagəlməz hisslər varsa, o zaman görüşü dayandırmalısınız.