Sevgi duyğusunun ürək və beyin sağlamlığı üzərində ciddi təsiri olduğunu bilirdinizmi?
Bununla əlaqədar aparılan elmi araşdırmalar zamanı məlum olub ki, qəlbi eşqlə, sevgi ilə dolu olanların stres səviyyələri daha aşağı olur, eyni zamanda qan təzyiqi və ürək döyüntüləri də normallaşır. Gent.az xəbər verir ki, türkiyəli kardioloq Prof. Dr. Ali Metin Esen, məlumat verib ki, aparılan araşdırmada, yaşları 30-la 69 arasında olan təxminən 5 min şəxsin sevgi əlaqələri dəyərləndirilib. Araşdırmaya əsasən güclü, xoşbəxt evlilikləri olanların subay kişilərdən və qadınlardan daha uzun yaşadıqları ortaya çıxıb. Duyğusal bağları az olan şəxslərsə, digərlərinə nəzərən 2 qat daha çox ölüm riski ilə üz-üzə qalırlar.
Son illərdə aparılan başqa bir araşdırmaya görə isə, evli şəxslərin infarkt keçirdikdən sonra xəstəxanada ölmə riski, subay olanlara görə yüzdə 14 faiz daha aşağıdır.
Sevgi dolu münasibətlərin stresi azaltması immuniteti gücləndirir. Endokrin araşdırmaları (hormonların tədqiqi) və müasir funksional beyin MRT-ləri sayəsində də bununla bağlı müsbət dəyişikliklər müşahidə olunub.
Belə ki, sevgi, oksitosin, vazopressin, dopamin, serotonin, kortizol ve testosteron daxil bir çox hormonda dəyişikliklərə səbəb olur. Aşiq olduqda oksitosin və vazopressin hormonları, beyindəki dopamin sistemi ilə əlaqəyə girir. Vazopressin qan təzyiqini idarə etməyə kömək olur. Stres hormonu olan kortizol, aşiq olduqda əvvəlcə qalxır, lakin uzun müddətli münasibət əsnasında sürətlə düşür ki bu da sağlamlığa inanılmaz müsbət təsir edir.
Beləliklə, aparılan bu elmi araşdırmalar, həm də əsrlərdir şairlərin, yazıçıların, filosofların sevgini simvollaşdırdıqları kimi ürəklə birbaşa əlaqəsi olduğunu da təsdiq etdi.
Namiq Musayev