Lids Universitetinin (Böyük Britaniya) alimləri tanışlıq saytlarında birində tədqiqat aparıblar.
Əsas sual belə qoyulub: Sənin yeni sevgilinin keçmişdə neçə insanla görüşməsi normal hal sayılır?
Sorğuda iştirak edənlərin əksəriyyəti (kişilərin 38% və qadınların 37%) bu göstərcinin 8-dən 12-dək olmasını normal qəbul etdiklərini bildiriblər.
Ən optimal cavab isə 10 olub.
Əlavə sorğuların əsasında müəyyən olub ki, əgər bu göstərici 10-dan yuxarıdırsa, deməli sənin seçim qabiliyyətin yoxdur. Maraqlıdır ki, bu rəqəm əsasən kişilərdə şübhə yaradır.
10 nəfərdən az insanla görüşmüsənsə sorğu iştirakçıları səni təcrübəsiz sayır.
Əsas məqam isə odur ki, sorğuda iştirak edən kişilər və qadınlar yeni sevgililərindən bu rəqəmi eşitmək istəmədiklərini etiraf ediblər.