Əvvəllər elektrik enerjisi istifadə olunmadığı üçün əl ilə yuma daha ekoloji hesab edilirdi.
Gent.az xəbər verir ki, son araşdırmalar göstərir ki, qabyuyan maşın əl ilə yumadan daha az enerji və su sərf edir.
Mediaya istinadən, 10 il ərzində həftədə 4 dəfə yuma üzrə hesablamalar belədir:
-
İstixana qazı emissiyası: Qabyuyan maşın – 2 090 kq, əl ilə yuma – 5 620 kq
-
Su sərfiyyatı: Qabyuyan maşın – 61 700 litr, əl ilə yuma – 129 477 litr
Nəticə: qabyuyan maşın həm enerji, həm də su baxımından daha sərfəlidir və ətraf mühit üçün əlverişlidir.


