Baş ağrısından əziyyət çəkən hər kəs bunun necə bezdirici olduğuna bələddir – işdə diqqəti cəmləşdirə bilmirsən, insanlarla ünsiyyət qurmaq istəmirsən, qıcıqlı olursan.
Bir çox insan baş ağrılarını müxtəlif cür ifadə edir. Həkimlər 100-dən çıx baş ağrısı növü bilirlər. Və onların hərəsinin öz xüsusiyyəti var.
1.Miqren
Bu cür baş ağrısı bir çox insanda olur. Miqrenə bir zonada zoqquldayan ağrı xasdır. Bəzən o, bir neçə zonanı, həmçinin boyun və üzü əhatə edir. Bir neçə dəqiqədən üç günədək davam edə bilər.
Mütəxəssislərin fikrincə hər üçüncü pasienti miqrendən öncə başda və bədəndə iynə sancması kimi ağrılar, ürəkbulanma, qusma, əzələlərin boşluğu, göz önündə parlaq ləkələr və yə xəttlər müşahidə edir. Buna səbəb stress, nigarançılıq, bərk səs, güclü işıqlandırma, susuzluq və ya hormonal disbalans səbəb ola bilər.
Ağrını azaltmaq üçün başa soyuq kompress qoymaq olar. İstirhət, həmçinin aspirin və ya ibuprofen həbi də kömək edə bilər.
2. Təzyiqlə bağlı (tenziyon) başağrısı
Bu cür ağrılarda sanki başı daxildən sıxırlar. Adətən bu ağrı gicgah və alın tərəfdə yaranır. Bu zaman göz təzyiqi, dərinin və bədənin üst hissəsinin hissiyatı da arta bilər. İnsan işıq və səsi götürə bilmir.
Bu cür baş ağrısına artmış narahatlılıq, keyfiyyətsiz yuxu, onurğanın əyilməsi, qeyri-kfi fiziki fəallıq və s. amillərin yol aça bilər.
Əgər belə ağrılar baş verirsə həkimləri fəsadları yox, nəticəni tapıb onu yox etməyi təklif edirlər. Stress vəziyyətindən uzaq durun, mənəvi balansı qoruyun
3. Hipnik baş ağrısı
Bu yuxu ilə bağlı ilkin baş ağrısı növüdür. Zoqquldayan ağrı insan yatarkən peyda olur. Alimlər hesab edir ki, hipnik baş ağrısının səbəbi xorultudur, çünki bu zaman yatan adam oksigen çatışmazlığından əziyyət çəkir.
Ağrıları kəsmək üçün aspirin və ya ibuprofen içmək lazmıdır. Həmçinin hipertoniyaya meyilliliyiniz yoxdursa kofe də içmək olar.
4. Klaster baş ağrısı
Bu baş ağrısı növünü başqaları ilə səhv salmaq çətindir. Ağrılar yandırıcı və iliyə işləyəndir. Onlar gözləri əhatə edir. Boyun və çiyinlər də ağrıya bilər. İntensivliyinə baxmayaraq bu vəziyyət həyat təhlükəsi daşımır. Ağrılar bir neçə dəqiqədən 3 saatadək davam edə bilər.
Bu ağrının dəqiq səbəbi indiyədək məlum deyil.
Simptomları aradan qaldırmaq üçün həkim kortikosteroidlər, buruna lidokainli damçılar və ya stasionar şəraitdə oksigen qəbul edilməsini tövsiyyə edə bilər.
5. Sinusit zamanı baş ağrısı
Ağrı kəskin respirator virus infeksiyası zamanı və ya ondan sonra yaranır. Əgər baş ağrısından başqa alın, almacıqlar, burun nahiyəsində diskomfort hiss edilirsə həkim sizə sinusit diaqnozu qoya bilər.
Ağrını azaltmaq üçün maksimum ağrıkəsici dərman içmək və ya buruna damarları darlaşdıran damcı tökmək olar.
6. Fiziki yüklənmə zamanı baş ağrısı
Bu yüksək fiziki fəallıq sərgiləyən insanlarda tez-tez rast gəlinən baş ağrısı növüdür. Ağrı qaçışdan, məşqlərdən sonra yarana bilər. Həmçinin cinsi əlaqə zamanı, asqırarkən və ya bərk öskürərkən bu cür baş ağrı ola bilər.
Adətən diskomfort bir saat ərzində yox olur, lakin yüklənçə çox olduqda ağrılar bütün günü davam edə bilər. Ağrıların qarşısını almaq üçün əsas məşqdən öncə isinmə hərəkətləri etmək lazımdır.
Ağrı sindromunu isə qeyri-steroid iltihablaşmaya qarşı və ağrıkəsici vasitəsi ilə aradan qaldırmaq olar.