Bu sual çoxlarını maraqlandırır.
Bir çox mütəxəssis bir araya gəlib bu suala cavab verməyə çalışıb.
Sözsüz ki, məşhur idmançıların və xüsusi ilə də məşqçilərin spirtli içki içməsi barədə xəbərlər oxumuşuq.
Lakin onlar hamısı bir ağızdan deyirlər ki, spirtli içki qəbul etmək idmançıya və sağlam həyat tərzi sürən adama yaraşmır. Bu əsasən, reputasiya məsələsi ilə bağlıdır. Bəs əslində necədir?
Məşqlər
İdman təkcə gərilmək yox, həm də rahatlaşmaq bacarığıdır. Qısa müddət ərzində yüzlərlə kilometr qaçdıqdan sonra həm əzələlərin, həm də beynin ağırlaşır. Bir badə çaxır fiziki və əqli rahatlaşmaq üçün əla vasitədir. Özü də təsir özündə anında biruzə verir.
Bir çox insan məşqdən sonra pivə içməyi məsləhət görür, çünki o, tərlə yox olan mikroelementləri bərpa edir. Lakin, pivə içmək ciddi şəkildə saxladığın pəhrizdən asılıdır.
Soyuq
Sözsüz ki, bir çoxumuz bütün ili məşq edirik. Soyuq havalarda isə çöldə məşq etdikdən sonra soyuqlaya bilərik. Bunun qarşısını bal, çay və sair vasitələrlə almaq olar. Lakin istəyənlər spirtli içki də qəbul edə bilər. Lakin iki şərt var: maksimum 50 qram və acqarına.
Yarışlar
Yarışlara bir həftə qalmışdan başlayaraq dilinə bir qram da spirtli içki dəyməməlidir. Yarışlardan sonra uğurlu nəticəni qeyd edəndə, sözsüz ki, spirtli içki qəbul edənlər var. Lakin əndazəni qaçırdıqda bunun sabahsı günü sənin üçün olduqca başağrılı və kefsiz ola bilər.
Bir sözlə, məşqdən sonra spirtli içki az miqdarda qəbul etmək olar. Lakin sən peşəkar idmançısansa, bu məsləhət görülmür. Yox, sadəcə sağlam həyat tərzi sürməyə çalışırsansa olar, lakin yenə də onusz daha yaxşı nailiyyətlər qazana bilərsən.