Hələ ki karantindir, bu zaman dilimini dincəlmək və doyunca yatmaq üçün dəyərləndirməyin tam vaxtıdır. 2020-ci il nə qədər çətin bir il olsa da 2021-ci ilə başlamaq üçün bizim daha çox enerjiyə və gücə ehtiyacımız var.
Doyunca dincəlmək üçün harada və necə yatmalıyıq? Bunun üçün kifayət qədər yöntəm olsa da, heç də hamısı bizə uyğun deyil. Onları qiymətləndirmək və təhlil etmək lazımdır. Dünyada vəziyyətin bir gün normallaşacağını nəzərə alaraq, onun qaçaqaçında dincəlməyin yollarını öyrənmək bizə faydalı olar. Top 10-luğumuzu təqdim edirik.
10.Hamakda yatmaq
Praktikada bu cür yuxu teoriyadakından daha pis ola bilər. Belə ki, hava şəraiti uyğun olmalıdır: günəşli, lakin çox isti deyil, sərin, lakin nəm deyil. Hər halda heç kim yatdığı yerdə üzərinə yağış yağmasını istəməz. Ən gözəli isə payızda, qalın sviterdə həyətdəki qızılı ağacların altında və rəngarəng yarpaqların ətrafında hamakda mürgüləməkdir.
9.Disko yuxusu
Əgər şənbə axşamı saat 8 və 11 arası biraz uzanıb dincəlmək və sonra səhərə qədər klubda rəqs etmək istəyirsinizsə, təhlükəli oyun oynayırsınız. Əlavə yatsanız da bazar gününün yarısını yenə yatmaqla keçirməli olacaqsınız. Bu cür yuxu isə faydasız və problemlidir. Ən yaxşısı şənbə günün göz qırpmadan keçirtmək və ondan doyunca ləzzət almaqdır. Ayaqlarınız sizin əmrlərinizi imtina etdikdə və ya barmen sizə xidmət etməyi rədd etdikdən sonra isti rahat çarpayınıza qayıtmağınız yaxşı olar.
8.Hovuz yaxınlığında yatmaq
Hovuz ətrafında olan ən yaxşı oturacaqlar belə yatmaq üçün yetərincə rahat deyil. Lakin qeyri-mümkün də deyil. Horizontal vəziyyətdə uzanaraq, günəşli səmaya doğru kitab və jurnalı üzünüzə qorumaq üçün qalxan kimi istifadə edin. Çox güman ki, eyni səhifəni dəfələrlə oxumaqdan yuxuya gedəcəksiniz. Günəşin zərərlərindən qorunmaq üçün 3 qat qoruyucu krem vurmağı da unutmayaq. Bu ərəfədə tərləməyiniz yuxunuza mane olsa da, bu cür dincəlməkdə Kaliforniya qlamuru var.
7.Öz yatağınızda?
İşlərin əksəriyyətinin ləğv edildiyi və karantin məhdudiyyətlərinin tətbiq olunduğu dövr uzandıqca, günün günorta çağı hər şeyi ataraq çarpayımızda yatmaq istəyi də o qədər artır. Lakin buna aldanmayın. Öz çarpayınızda gündüzlər yatmaq sağlam səslənmir. Əgər xəstələnməmişsinizsə, bu ideyalarınız üçün divanı sınamaqda fayda var.
6.Maşında
Bu növ mürgülmək ancaq sərnişinlərə tövsiyə olunur. Səyahət zamanı yol boyunca əyləncəli vaxt keçirəcəyimizi düşünsək də, çox vaxt şosse yolu bizə monoton gəlir və gözlərimizi qapanmağa doğru gedir. Başınızı maşının sərin şüşəsinə söykəyin.Pleylistinizdə səslənən 4-cü musiqinin ortasında gözünüzü yummaq və 9-cu mahnının əvvəlində açmaq insana ayrı ləzzət bəxş edir. Bu normaldır və qaçınılmazdır. Sürücüyə gəldikdə, sizin yatmağınız onun vecinə olmaz, güman ki sizdən bezmişdi.
5.Nahardan əvvəl
Bu cür yuxunun nə ilə nəticələcəyini əvvəlcədən bilmək mümkün deyil. 2020-ci ili sap-sağlam sonlandırmışsınızsa, yəqin ki, çox yorulmusunuz və bunu qeyd etməlisiniz. Marafondakı kimi finiş lentinə doğru qaçmalısınız. Lakin karantin məhdudiyyətlərinə görə bunu xəyal etmək belə çətindir. Çünki finiş lentini tutacaq şəxslər də hazırda evdə oturur)) Buna görə də, karantinə göz yumaraq, gün ərzində hələ faydalı heç nə etməsəniz belə bir neçə saat yatmaq sizin haqqınızdır! Bəli, vicdanızı sizi tənbəl və bu yuxuya layiq olmadığınızı deyəcək. Boş verin, o həmişə elə deyir.
4.Bayram naharından sonra
Nəfis bayram süfrəsindən sonra dərin bir yuxuya getmək ən yaxşı dincəlmək variantlarından biridir. Bir neçə yeməyi yedikdən təxminən 30 dəqiqə sonra göz qapaqlarınız ağırlaşmağa başlayır. Siz uzanmağa yumşaq bir şeylər axtarmaq məqsədi ilə qonaq otağını nəzərdən keçirdirsiniz. Bu baş verir və yuxuya qarşı heç nə edə bilmirsiniz.
3.Ocaq başında yumşaq kresloda
Bunu xüsusi bazar günü zövqü də adlandıra bilərik. Bəlkə də, siz bunu heç vaxt sınamamısınız. Lakin bir gün sizdə də babanızdakı kimi yumşaq bir kreslo olacaq. Kaminli bir evə keçməyiniz də istisna deyil. Dijital ekranlardan gözümüzü ayırmadığımızı bilirik. Lakin bəzən yerli jurnal, qəzet, sevimli müəlliflərin kitablarına baxmaqda da fayda var. Krossvord belə həll edə bilərsiniz. Bu zaman qış yuxusuna doğru getdiyinizi hiss edəcəksiniz və bundan yaxşı nə var?
2.Həftə içi nahardan sonra
Son aylarda aramızdan bəzi şanslı insanlar evdən işləyir. Bu isə əksər hallarda iş qrafiklərinin özlərindən asılı olması deməkdir. Beləliklə, onlara işlərindən əvvəl ya da sonra özlərinə vaxtları qalır. Bu ərəfədə onların sevimli serial və filmlərinizi izləməklə yanaşı, təmiz bir vicdanla günortadan sonra mürgüləmək şansları da var.
1.Qışda valideynlərinizlə film izlərkən
Kinotetrların komfortlu qonaq otağına köçündən sonra bu cür vərdiş çoxlarının həyatına daxil olub. Ən azından bu zaman istədiyiniz qədər yeməyi özünüzlə gətirə bilərsiniz. Filmdə həzin musiqilər səsləndikdə isə yuxu ilə mübarizə etmək mümkün deyil. Bəxtiniz gətirsə, gözünüzü açan zaman ana və ya atanızın şirin yuxuya getdiyini görə bilərsiniz.