Virus infeksiyalarının profilaktikasının ən səmərəli yollarında biri tibbi maskalardan istifadədir. Lakin müdafiə səviyyəsi maska növü və taxılma tərzi ilə bağlı dəyişir.
Alimlər hesab edir ki, iki maskanın üst-üstə taxılması koronavirusa qarşı müdafiəni gücləndirir. Təklidə hər bir tibbi maskanın filtrasiya gücü o qədər də yüksək deyil. Lakin iki maskanın istifadəsi müdafiəni ikiyə vurur.
Aparılan tədqiqatlar onu göstərir ki, taxılan iki maska havanı bir maskadan daha yaxşı filtrə edir, və bununla yanaşı nəfəs almaqda problem yaratmır.
Bundan əlavə tibbi maska ilə birgə parça maskanın taxılması da tövsiyyə edilir. Bu cür qorunanlar arasında Tom Kruz və Co Baydeni qeyd etmək olar.
Əlbəttə ki, maska tam olaraq virusa qarşı qarantiya təmin etmir, lakin onların bədənə sızması riskini aşağı endirir.