Cinsi yolla keçən 7 xəstəlik və ya dəri-zöhrəvi xəstəliyi necə vaxtında aşkarlamaq olar?
Təhlükəli otuzluq
Cinsi yolla keçən xəstəliklər mövzusu olduqca mühümdür. Demək olar ki, bir çoxumuz həyatda bir dəfə də olsun onlardan biri ilə rastlaşıb. Qeyd etmək lazımdır ki onların sayı 30 bərabərdir: ölümcül HİV-infeksiyadan tutmuş adi xlamidiozadək.
Hamısının da olmasa, bu xəstəliklərdən bir çoxunun müalicəsi var. Məsələn, müvafiq herpesdən heç vaxt xilas ola bilməyəcəksiniz – müalicə sadəcə xəstəliyin gedişatını yumşaldır, residivlərin ağırlığını və tezliyini azaldır. Papilloma virusundan isə 25 yaşından gənc insanlar qurtula bilər. Sonra virusu məhv etmək mümkün olmur – müalicənin məğzi – virusun təsir etdiyi hüceyrələrdə dəyişikliyin qarşısını almaq. Hesab edilir ki, papilloma virusu həm qadınlarda, həm də kişilərdə cinsi orqanlarla bağlı xərçəngə yol aça bilər. Qeyd etmək lazımdır ki, cinsi herpes həmçinin spermaya təsir edir. Qadın hamilə ikən ona yoluxduqda isə, bu rüşeymdə ağır xəstəliklər yarada bilər.
Müalicə yalnız müalicəni vaxtında başladıqda və onu sona çatdırdıqsa uğurlu ola bilər. Bəs təhlükənin ilk siqnallarını necə aşkar etmək olar?
Həyəcan təbili çalındı!
Bu yeddi əlamətdən biri olduqda dərhal həkimə müraciət etməlisiniz.
1.İntim zonada qaşınma və göynəmə.
2.Cinsi orqanlar və anal dəliyi sahəsində qızarma, bəzən yaralar, kisəciklər, sizanaqlar.
3.Cinsi orqandan ifrazatlar, qoxu.
4.Tez-tez və ağrılı sidiyə getmə.
5.Limfatik vəzlərin böyüməsi.
6.Qadınlarda – qarnın altında, uşaqlıq yolunda ağrılar.
7.Cinsi əlaqə zamanı diskomfort.
Necə qorunmalı?
Bu cür xəstəliklərdən qorunmanın klassik variantı – ölçülərə görə düz seçilmiş və keyfiyyətli qoruyucu. Bundan başqa dermatoloq həkim tərəfindən verilən antibakterial preparatları qəbul etmək və inyeksiya şəklində vurmaq olar. Bu metod qonoreya, xlamidioz, ureaplazmoz, mikoplazmoz, sifilis və trixomoniaz kimi xəstəliklərin qarşısını alır. Lakin tez-tez bunu etmək olmaz.