Britaniya Xərçəng Araşdırmaları xeyriyyə təşkilatı (Cancer Research UK) güclü gecə tərləməsinin xərçəng xəstəliyinin əlamətlərindən biri olduğunu açıqlayıb.
Gent.az xəbər verir ki, britaniyalı onkoloqlar bununla bağlı insanlara ciddi xəbərdarlıq ediblər.
Mütəxəssislər bildiriblər ki, bu tip hallarda insan davamlı olaraq öz əhvalına fikir verməli, adi görünən simptomları görməzdən gəlməməlidirlər.
Onların sözlərinə görə, isti mühit və ya fiziki tapşırıqlarla bağlı olmayan tərləmə, xüsusi ilə təkrarlanan güclü gecə tərləmələri həkim müayinəsindən keçmək üçün ciddi səbəb yaradır.