Son illərdə çox populyarlaşan hialuron turşusu az sayda qocalma əleyhinə kimyəvi maddələrdən biridir.
Ümumi inancın əksinə olaraq, heç də bütün turşular pis deyil. Yaxşı turşular da var, hialuron turşusu isə aralarında bəlkə də, ən yaxşısıdır.
Yetmişinci illərə qədər "goo" molekulu adlandırılan hialuron turşusu insan bədəninin hər tərəfindədir. O, əzələlərin bir yerdə işləməsinə kömək edir, dəriyə elastiklik verir.
"BalmLabs"ın baş dermatoloqu Dr.Robin Şaffran "Çünki hialuron turşusu suda olan ağırlığından min qat daha çoxunu saxlaya bilən gelə bənzər bir molekuldur və bu super güc onu dəriyə qulluq üçün mükəmməl bir nemət halına gətirir",- deyə qeyd edir.
Onun sözlərinə görə, hialuron turşusu inanılmaz nəmləndiricidir. Nəmləndirmədən əlavə, dərini dolğunlaşdırır və hamarlaşdırır.
Yaşlandıqca bədəndəki turşunun səviyyəsi azalır. Bununla əlaqədar olaraq dəridə qırışlar, canlılıq və nəm itkisi, oynaqlarda isə aşınma və yırtılma müşahidə olunur. Uzun illərlə davam edən tədqiqatlar nəticəsində laboratoriya şəraitində istehsal edilən hialuron turşusu əlavələrinin çox uğurlu olduğu müəyyən edilib, 10 ildir də yaşlanma əleyhinə güclü bir gözəllik məhsulu olaraq istifadə olunur.
Kuopio, Kaliforniya və Nyu-York Universitetlərinin Tibb Mərkəzləri arasında aparılan son tədqiqatlarda hialuron turşusu molekulunun A vitamini olaraq bilinən retinoik turşusu ilə daha effektli olduğu aşkar edildi. Bu turşuların birgə istifadəsi günəşin mənfi təsirini azaldır, dəridəki incə cizgiləri yox edir və üzün elastikliyini uzun müddət qoruyur.