Özünüzü qəlbən, ruhən gənc hiss edirsiniz, amma ayna qarşısına keçəndə fərqli mənzərə ilə qarşılaşırsınız? Məyus olmağa heç ehtiyac yoxdur, indi bir az səy göstərərək daha gənc dəriyə sahib ola bilərsiniz. Qocalma əleyhinə kremlər sizi 10 il əvvəlki halınıza qaytarmaya bilər, lakin üzdəki incə qırışları aradan qaldıracaq, dərini canlandıracaq, nəticədə daha gənc görünəcəksiniz. Kremlər sağlam pəhriz, müntəzəm idman və günəşin ultrabənövşəyi şüalarından qorunma ilə birləşdikdə daha effektli olacaq.
Zamanın yorğunluğunu üzünüzdən siləcək, nüfuzlu bir bəy kimi statusunuzu yüksəldəcək məhsulları araşdırdıq.
"Kiehl’s Age Defender Gel Moisturizer"
"Kiehl's"ın bu kremi kişi dərisi üçün xüsusi olaraq hazırlanıb. Krem yüngül və yumşaq su-gel teksturasındadır. Kətan toxumu ekstraktı ilə hazırlanmışdır və incə qırışları azaltmağa kömək edir. Güclü qocalma əleyhinə maddələrin müstəsna qarışığı kobud dərini hamarlaşdırır, 24 saat nəmləndirir.
“Clarins Men Line-Control Cream"
Dəri hüceyrələrini gücləndirən və möhkəmliyini bərpa edən aktiv qocalma əleyhinə maddələrlə zəngin bu krem quru dəridən əziyyət çəkən və 40 yaş üstü kişilər üçün ən yaxşısıdır.
"Bulldog Skincare For Men Age Defence Serum"
Bu serum gündə 2 dəfə - səhər və yatmazdan əvvəl istifadə olunarsa, gözlə görülə bilən fərq yaradır. Rozmarin, E vitamini və antioksidan kompleksi ehtiva edən serum yaşlanma ilə mübarizə apararkən dərini də intensiv nəmləndirir.
"Tom Ford Crème Concentrate"
Məşhur markanın bu kremi heç bir cinsə spesifik olmayan formula malikdir, dərinin sürətlə yenilənməsini təmin etmək üçün peptidlər, yosun ekstraktları və hialuron turşusu ilə zənginləşdirilmişdir.
"Sisley Paris Sisley For Men Anti-Age Global Revitalizer"
"Sisley"nin bu kremi normal və ya quru dərilər üçün hazırlanıb. Məhsul təraş və şəhər çirkliliyinin zərərli təsirlərinə qarşı dərinin müqavimətini artırmağa kömək edir. Güclü bitki mənşəli tərkibi ilə dəri elastikliyini artırır, incə qırışları yox edir.