Hindistanlı dietoloq Puja Malhotra şirniyyat yeməmək üçün bir neçə məsləhət verib.
Gent.az xəbər verir ki, bu barədə NDTV yazır.
Həkim vurğulayıb ki, məhz şəkərə qarşı istək pəhrizdə olanlara uğura çatmağa mane olur.
Dietoloqun sözlərinə əsasən, şirniyyata meylliliyin səbəblərindən biri orqanizmin susuzluğudur. Ona görə də bol su içmək lazımdır.
Bundan əlavə, pəhriz zamanı zülal və liflərlə zəngin qidalardan istifadə etmək lazımdır, karbohidrat, şəkər və süni dadlandırıcıların miqdarını isə minimuma endirmək məsləhətdir.
Malhotra qeyd edib ki, səhər yeməyi, nahar və digər yeməklərdən imtina etmək lazım deyil. Arada qəlyanaltı etmək olar, lakin iştahanı kəsməmək üçün az miqdarda yeyilməlidir.
Ürəyiniz şirniyyat çəkəndə meyvə, kişmiş, quru ərik və ya xurma yemək məsləhətdir. Onlar daha sağlamdır və şirniyyata meyli azaldır.
Əgər özünüzlə heç cür bacara bilmirsinizsə və şirniyyatdan tam imtina etmək mümkünsüz görünürsə, ən azından bu istəyinizi nəzarətdə saxlayın. Məsələn, yalnız bayram günlərində və az miqdarda yeyin.(big.az)