Bəs, göbək nə vaxt təmizlənməlidir sualı yəqin ki, çoxlarımızı düşündürür.
Gent.az xəbər verir ki, həkim Tatyana Zaxarovanın sözlərinə görə, ksər insanlar göbəyini yumaqdan qorxur, ürpənir və ya yadına belə düşmür.
“Duş geli və bədənə axıdılan suyun göbəyinizi lazımi qaydada təmizləyəcəyinə ümid etmək olmaz.
Göbək bakteriyaların və tozların yığıldığı bir boşluqdur. Bədənin mərkəzi deşilirsə, ikiqat gigiyena tələb olunur, əks halda xoşagəlməz qoxular və infeksiyalar yarana bilər.
Hər şeydən əvvəl, göbəyi hərtərəfli təmizləməlisiniz, çünki bu bölgədəki dəri çox həssasdır və nəticədə hətta çapıq qalır.
Göbək həftədə bir dəfə sabunlu su, kosmetik salfet və ya pambıq çubuqla çöküntüdən, kirdən təmizlənməlidir.
Bundan əlavə, bakteriyaların böyüməsinin qarşısını almaq üçün göbək quru saxlanmalıdır. Göbək dəliyinə hansısa maye, yandırıcı vasitə, spirt tökmək olmaz”.(medicina.az)