Gözaltı şişlər gözün vitreus gövdəsində sürüşən və retinaya kölgə salan kollagen liflərinin yığılması nəticəsində yaranır.
Gent.az xəbər verir ki, həkim – terapevt İrina Andreyevnanın sözlərinə görə, yaşlanma, həyat tərzi faktorları və ultrabənövşəyi şüalanma kimi amillər kollagenin yığılmasına, oksidləşdirici stress və protein qlikasiyasına səbəb ola bilər.
“Gözaltı torbalar zərərsizdir, yalnız estetik diskomfort verə bilər. Əmələ gəlməsinə səbəb televizor, telefon, kompyuter ekranına çox baxmaq, kitab oxumaq və s.ola bilər.
Qarşısını almaq üçün nələr etməli?
Balanslı pəhriz - C vitamini, lutein və omeqa-3 yağ turşuları kimi bəzi əsas qidalar görmə problemlərinin qarşısını almağa və makula degenerasiyası riskini azaltmağa kömək edə bilər.
Kifayət qədər su içmək - gözlərinizin sağlamlığı üçün də vacibdir. Çünki şüşəvari cisim 98 faizi sudan ibarətdir.
Gözlərə istrahət vermək - gecəni yaxşı yatmamaq, gözlərdə gərginlik yarada bilər. Bu da gözaltı şişlərin əmələ gəlməsinə səbəb olur.(medicina.az)