Hər şeyi düz etsən o səni təqaüdə yola salarkən göz yaşlarını saxlaya bilməyəcək.
İlk növbədə anlamaq lazımdır ki, narahatçılığı sən qədər, sənin gənc rəsin də hiss edir. Rasional baxımdan o başa düşür ki, sən ona tabe olmalısan, lakin şüuraltı anlayır, lo yaşca böyük olduğun üçün başda sən olmalısan.
Buna görə də, işlərin qaydasında getməsi üçün aşağıdakı qaydalara riayət et.
Məsafə saxla
Siz ikiniz də “edipal” vəziyyətdəsiniz – başqa sözlə yaşca kiçik olanın böyüklə mübarizəsinin bir hissəsiniz. Ona görə də, nə qədər “ata” olmağa çalışsan, o qədər “oğul” səni devirməyə çalışacaq.
Əgər sənin boyun ondan hündür, səsin isə daha kobuddursa, sən maksimal olaraq “ata” obrazına bənzəyirsən. Bu təqdirdə, ona çox yaxınlaşma. Əks halda onun “şəxsiyyətlərarası məsafəsini” pozmuş olacaqsan.
Onunla həmyaşıdın kimi mübahisə et
Sənin qətiyyətli tərzdə onun təklifini rədd etməyin sözsüz ki, daha təcrübəli və yaşlı olduğunu göstərir, lakin bu təqdirdə sənin də rəisinin “uşaq” kimi “ayağını dirəyib” öz təklifini yeridə bilər.
Ona görə də, öz təklifini daha yumşaq formada irəli sür. Bir sözlə, “ata-oğul” münasibətləri yerinə, olğun münasibətlərinə yer ver.
Lazım olmadığı təqdirdə yaşını qeyd etmə
Ehtiyac olmadıqda aranızdakı yaş fərqini qabartma. Ona elə müraciət et ki, səni yalnız həmkarı kimi görsün və aranızda sağlam etimad yaransın.