Həmyerlimiz İlon Maskın şirkətində çalışacaq
Bakı Mühəndislik Universitetinin Kimya mühəndisliyi ixtisasının məzunu Paşa Feyzullayev “Tesla” şirkətində işə başlayıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Gent.az xəbər verir ki, o, öz ixtisasına uyğun olaraq, kimya mühəndisi kimi çalışacaq:
“Mən düşünürəm ki, sonuna qədər çalışırsınızsa, sizin üçün xeyirli olan, əldə edə bilməyəcəyiniz bir şey yoxdur! Mən bacardımsa, siz də bacararsınız, sizdən də heç bir fərqim yoxdur”.






