Tanınmış bloger Nail Kəmərli narkotik asılılığı və onun həyata təsiri mövzusunda maarifləndirici video çəkmək üçün narkoman axtardığını bildirib.
Gent.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib:
“Məqsədim bu problemə diqqət çəkmək, gəncləri maarifləndirməkdir”.
Bloger bildirib ki, çəkilişdən sonra həmin şəxsə 50 AZN qonorar və hədiyyə verəcək.