1.Siqareti məşqdən öncə, yoxsa sonar çəkmək yaxşıdır?
Siqareti fiziki yüklənmə ilə qarışdırmaq ziayndır.
Çünki qan dövranın intensivliyi çoxaldıqda dəm qazı daha tez və böyük miqdarlarda absorbsiya edilir – beləliklə, ürək və damarlara təzyiq daha da artır.
Dəm qazına bədəni tərk etmək üçün bir sutka lazımdır. Ona görə də siqaretin məşqdən öncə və ya sonar çəkilməsinin heç bir önəmi yoxdur.
2. Düzdür ki, nikotin yuxuya kömək yox, mane olur?
Bəli. Nikotin sinir sisteminin stimullaşdırıcısıdır və yuxunu yaddan çıxarmaq olar. Bundan əlavə, nikotin həm də narkotikdir və onun çatışmazlığı insanda diskomfort yaradır və yatmağa qoymur.
3. Tütünün ziyanını azaldan məhsul var mı?
Yox.
4. Tütün aludəsini azalda bilən qida məhsulu var mı?
Bəli, siqaret çəkməkdən imtina zamanı bəzi məhsullar nəinki əli və ağzı qatmağa kömək edir, həmçinin orqanizmi toksinlərdən təmizləyir. Söhbət kərəviz, kök, brokolli, qarağat, limon, zəncəfil, qoz, günəbaxan tumu, quru meyvələr, buğda sıyığı, paxlalar, acı şokolad və çoxlu su içməkdən gedir.
5. Çəkilən siqaretlərin sayını azaldaraq ziyanı da azaltmaq olarmı?
Bu ziyan xətti deyil, yəni insan üçün təhlükəsiz olan tütün və ya siqaret dozası yoxdur. Artıq bir dənə çəkilmiş siqaret infarkt və insult riskini 50% artırır. Buna görə də 0 və 1 siqaret arasında fərq, 15 və 16 siqaret arasındakı fərqdən qat-qat çoxdur.
6. Siqareti birdəfəlik atmaq məsləhətlidir, yoxsa yaaş-yavaş?
Birdəfəlik. Çünki yavaş-yavaş alınmayacaq.
7. Siqaretdən istifadə etməklə ondan sui-istifadə etmək kimi fərq varmı?
Yox. Biz bunu spirtli içki ilə bağlı deyə bilərik. Tütünə gəldikdə isə, bir çəkilən siqaret belə ziyanlıdır.
8. Doğrudur ki, siqaretin son millimetrləri ən zərərlidir?
Hesab edilir ki, siqaretin dib hissəsində daha çox qır və niktoin yığılır. Lakin bu o demək deyil ki, siqareti sonadək çəkməyərək tütün ziyanından xilas olmaq olar.
Çəkən insana müəyyən doza lazımdır. Və əgər o, siqareti yarıyadək çəkirsə, qaçılmaz olaraq bu yarımsiqaretlərin sayını artıracaq.
9. Acqarına siqaret çəkmək zərərlidirmi?
Bəli. Siqaret mədənin selikli hissəsini qıcıqlandıraraq daha çox mədə şirasinin ifrazına və turşuluğun artmasına gətirib çıxarır.