Bunu təyin etmək üçün spirometriya cihazı tez bir zamanda, ağrısız, informativ nəticə verir.
Gent.az spirometriyanın nə olduğunu və göstərişləri təqdim edir:
SPİROMETRİYA NƏDİR?
Spirometriya – tənəffüs hərəkətini müəyyən edən funksional testdir. Test ağ ciyərlərin funksiyasını, həyat tutumunu təyin edir. Spirometriya vasitəsilə tənəffüs yollarının keçiriciliyi, hava axını sürətinin məhdudlaşması yoxlanılır.
Qısa müddətdə, qeyri-invaziv, ağrısız, asan başa gələn üsuldur, sadəcə nəfəs alıb verməklə və üfürməklə həyata keçirilir.
Göstərişlər hansılardır?
• Bronxial astma, xroniki obstruktiv ağciyər xəstəliyi, sarkoidoz və s. ağciyər xəstəliklərinin diaqnostikasında və ağırlıq dərəcəsinin təyin olunmasında
• Müalicənin effektivliyinin dəyərləndirilməsi, sonrakı müalicə taktikasının seçilməsi
• Xəstəliyin proqnozunun qiymətləndirilməsi
• Siqaret çəkənlərdə ağciyərlərin funksiyasının qiymətləndirilməsi
• Əməliyyat öncəsi və sonrası xəstələrdə tənəffüs funksiyalarının dəyərləndirilməsi
• Obstruktiv, restriktiv xəstəlikləri differensasiyası(medicina.az)