Hər kəs həyatının bir nöqtəsində ağ saçlarla üz-üzə gəlir.
Bəziləri 20 yaşlarının əvvəlində bu halla qarşılaşır, bəziləri isə çox uzun müddət saçlarında ağ tük görmür. Saçınıza ilk dən düşəndə çıxılmaz yola girdiyinizi bilirsiniz, çünki bunun geri dönüşü yoxdur. Bu halda ya boza çevrilən saçınızı qəbullanacaqsınız, ya da özünüzü rahat hiss etmirsinizsə, onlardan qurtulmaq üçün bəzi üsulları sınayacaqsınız.
Qadınların boya kimi xilaskarı var, son dövrlərdə kişilər üçün boya alternativləri meydana çıxsa da, kişilər bu üsula çox əhəmiyyət vermirlər.
Xoşbəxtlikdən, ən azı saç boyası qədər effektli olan bir üsul var. Bunun üçün ehtiyacınız olan tək şey kartofdur.
Kartof qabıqlarında katekolaz adlı bir ferment var. Bu ferment dərinin rəng tonlarını tarazlaşdırmağa yönəlmiş kosmetik məhsullarda istifadə olunur. Bununla yanaşı, kartof qabıqları saçınıza da rəng verə bilər.
Əgər siz buna ehtimal vermirsinizsə, mütləq sınayın, kartofun qabığında hər hansısa zərərli maddə olmadığından tərəddüd etməyə ehtiyac yoxdur.
Siz də addım-addım etməyə çalışın:
- Bir neçə kartofu 10 dəqiqə suda qaynadın.
- Kartofun qabıqlarını soyun və blendrdan keçirin (kartofu yox, qabıqlarını).
- Saçınızı hər zamanki kimi yuyun və əzilmiş qabıqları saçınıza tətbiq edin.
- 15 dəqiqə saçınızda saxladıqdan sonra yuyun
- Kartof qabığının qoxusu sizi narahat edirsə, krem və ya saç maskası tətbiq edə bilərsiniz.
Qeyd edək ki, bu üsul ilk dəfədən nəticə göstərməyə bilər və effektivliyi adamdan-adama dəyişir.