Əgər artıq çəkin varsa, arıqlmağın bir çox üstünlükləri mövcuddur.
Daha çox enerjin olacaq, şəkər, apnoe, iqtidarsızlıq, bel ağrıları, ürək-damar xəstəlikləri riski azalacaq.
Lakin bununla birgə, bəzən arıqlamağın gözlənilməz, hətta mənfi nəticələri ola bilər. Biz isə arıqlamağın 7 mənfi yan təsirini təqdim edirik.
1.Depressiya
Hər itirlən kilo ilə özünü yaxşı hiss etməlisən, lakin niyə bu qədər bədbəxtsən? Londonun Universitet kollecinin araşdırmasına əsasən, çəkinin azalması depressiyaya yol açır.
Tədqiqatda iştirak edən 2000 nəfərdən, hətta 5% arıqlayanların, arıqlamayanlara müqayisədə 78% daha çox depresiyadan şikayət ediblər.
Nə etməli: Çox yat və ac olarkən sağlam qida qəbul et.
2.Sallaq dəri
Bu bir acı həqiqətdir. Sürətlə arıqlayan insanın dərisi sallanır. İnsan kökəldikcə, onun dərisi dartılır. Lakin arıqlayandan sonra mövcud formana uyğunlaşmaq üçün yetərincə elastik olamya bilər. Dərinin sallaqlığı yaşdan və arıqlama sürətindən asıldır.
Nə etməli:
Ekstremal arıqlamadan sonra yeganə kömək cərrahi müdaxilə ola bilər. Lakin dəri az sallanırsa, sadəcə əzələ yığ.
3. Romantik münasibətlərin pisləşməsi
Həyat yoldaşın və sevdiyin qadınla arıqlamaqda güclərinizi birləşdirməniz sizin uğurunuza müsbət təsir edə bilər. Lakin bu proses maraqlı olmadıqda sizin münasibətləriniz pozula bilər.
Nə etməli: Bunun qarşısını almaq üçün münasibələriniz barədə müzakirə edin. Onları maraqlı edəcək yollar axtarın.
4.Qarında ağrılar
Əgər sən rasionunda yağ qəbulunu azaltsan, öd kisəsi əvvəlki qədər tez-tez fəaliyyət göstərməyəcək və bu da kisə də daş əmələ gəlməsinə yol açır.
Nə etməli: Az da olsa hər gün yağ qəbul et.
5.Əzələ kütləsinin əriməsi
İtirdiyiniz çəkinin ikidə üçü yağ, birdə üçü isə əzələdir. Düşünməyin ki, itirdiyiniz yalnız piydir.
Nə etməli: Kifayət qədər zülal qəbul edin və arıqladıqca məşqlərin intensivliyinə nəzarət edin.
6. Arıqlmağın dayanması
Ola bilsin ki, ilk dövrdə arıqlamanın nəticəsi vizual olaraq görünür, amma müddət keçdikdən sonra itirdiklərin kilolar bədəndə görsənmir və göstərici dəyişmir. Buna “plato” effekti deyilir. Lakin onu aşmaq düşündüyün qədər çətin deyil.
Nə etməli: Bunun üçün məşq proqramınızı dəyişin, çünki zaman keçdikcə bədən eyni məşqlərə orgəşir.
7. Aqresiya
Çəkinin azaldılması prosesində bir çox insan səbəsiz əsəb keçirir. Buna səbəb bədəndə karbohidratların azalmasıdır.
Nə etməli: Mütəmadi olaraq karbohidrat qəbul et.