Evliliyin sevgini öldürüb-öldürmədiyi bilinmir, amma indi elmi araşdırmalarla sübut olunub ki, evli insanlar daha uzun və sağlam ömür yaşayırlar.
Gundem.az xəbər verir ki, rəsmi araşdırmalar sübut edib ki, evlilik uzun ömrün açarıdır. Əldə edilən rəqəmlərə görə, subay, boşanmış və ya dul insanlar üçün ölüm nisbətləri əhəmiyyətli dərəcədə yüksəkdir.
İngiltərə Milli Statistika qurumunun araşdırmasına görə, evli kişi və qadınların vaxtından əvvəl ölmək ehtimalı daha azdır.
Bu mövzuda “Daily Mail” qəzetinə danışan ekspertlərin fikrincə, bunun əsas səbəbi ailəli insanların sağlamlıqlarına diqqət yetirən həyat yoldaşının olmasıdır. Əksinə, münasibəti olmayan insanlar tənhalıq hissi yaşayır və riskli davranışlar sərgiləmə ehtimalları artır.
Milli Statistika üzrə ilk dəfə edilən araşdırmada subay kişilər və qadınların ölmə ehtimalı evli həmkarlarına nisbətən iki dəfədən çox idi. Analitiklər eyni zamanda 2010-2019-cu illər arasında 5 milyon ölüm səbəbini araşdırıblar. Tədqiqata yaşı 20-dən yuxarı olan insanlar daxil edilib.
Kişilər üçün vaxtından əvvəl ölümün ilk səbəbi boşanma, sonra isə subaylıq və həyat yoldaşını itirmək olub. Evli kişilər isə bu göstəricilərdə sonuncu yeri tutublar. Ümumilikdə kişilərdən daha uzun ömür sürən qadınlarda ölüm nisbəti tənha qadınlar arasında ən yüksək olub, müvafiq olaraq dul və boşanmış qadınlar isə bu siyahıda ikinci yerdədir. Boşanmaların sonuncu yerdə olması diqqəti cəlb etsə də, evli qadınların ölüm nisbəti bütün qruplardan aşağı olub.
Mütəxəssislər bunun səbəbini evliliklərin bir-birini sağlamlıq müayinəsindən keçməyə və fövqəladə hallarda kömək etməyə təşviq etdiyini düşünür. Digər tərəfdən, xoşbəxt olmaq stresi azaldır və sağlam həyata təşviq edir. Buna ailə yönümlü olmaq da əlavə olunduqda insanların aldığı sağlamlıq riskləri azalır. Bundan əlavə, subaylıq, boşanma və ya həyat yoldaşının ölümü kimi vəziyyətlər depressiya nisbətlərini artırır.
Milli Statistika araşdırmasına görə, 500 min nəfər ölən şəxsdən 2 milyon 60 mini dul, 1 milyon 900 mini evli, 530 mini subay, 515 mini isə boşananlardır. Bu insanlar da yaş qruplarına görə qiymətləndirilib və 20-64 yaş və 65 yaşdan yuxarı olmaqla iki fərqli şəkildə qiymətləndirilib.