Şoumen Okan Bayülgen yaşadığı eşq acısından danışıb.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, hər ayrılıqdan sonra ağır günlər keçirdiyini deyən aktyor hətta psixoloq qəbulunda olduğunu da etiraf edib.
"Çox eşq acısı çəkdim. Hər qadından sonra ... Sevilmək arzusudur, atıldıqdan sonra dünyam başıma uçur. Daha sərt bir insan olmaq istəyərdim, incəliklərdən uzaq... Amma olmur. Komplekslər, uşaqlıqdan yaşadığım "Məni sevməyəcəklər, niyə evdə tək qoyub getdilər" kimi düşüncələrə görə oldu. Bütün bunlar bir yerdə toplanır və sevdiyin insanın başında çatlayır. İllərlə bunlardan xilas olmağa çalışdım. Ən pisi səni sevən birinə əziyyət etməkdir. Düşünürəm ki, indi bir az düzəlmişəm. Sizi sevən bir insanı düşünün, sizi sevib, başqa nə edib ki? Sənin qayğına qalır, niyə ona əziyyət verirsən ki? Son 10 ildir bir az düzəldiyimi düşünürəm. Psixoloq yanına da getdim" deyə, şoumen yaşadığı eşq acısından danışıb.