Böyük Britaniyanın sağlam yuxu və qidalanma üzrə aparıcı mütəxəssisi doktor Qreq Potter yuxusuzluğun sağlamlıq üçün yarada biləcəyi fəsadlardan danışıb.
O, yuxusuzluğun yaddaşı və beynin fəaliyyətini əhəmiyyətli dərəcədə pozduğu, şəkərli diabet, piylənmə və orqanizmdə bir sıra pozğunluqlara səbəb olduğu barədə xəbərdarlıq edib.
Britaniyalı həkim Yaponiyanın Oita Universitetinin alimləri tərəfindən aparılan araşdırmaların nəticələrinə əsaslanaraq kifayət qədər yuxu almayan insanların piylənmədən 38% daha çox əziyyət çəkdiyini bildirib. Həmçinin o qeyd edib ki, yuxusuzluqdan əziyyət çəkməyən insanlarla müqayisədə yuxusuz qalan insanlarda şəkərli diabetə tutulma riski 37 faiz, hipertoniya riski 17 faiz və ürəyin işemik xəstəliyi riski 26 faiz çoxdur. Mütəxəssisin sözlərinə görə, yetkin insanın sutkada 7-9 saat yatması önəmlidir.
Həmçinin həkimin sadaladığı yuxusuzluq problemləri sırasında beynin fəaliyyətinin pisləşməsi və nəticədə diqqətin pozulması da vardır ki, onun sözlərinə görə, xroniki yuxusuzluq konsentrasiya qabiliyyətinə minimum dərəcədə alkoqol sərxoşluğu qədər təsir edir. Bundan əlavə, Potter immunitet sisteminin zəifləməsi ehtimalı barədə xəbərdarlıq edir ki, bu da respirator xəstəlikləri riskini artırır.
Bundan əlavə, həkim xroniki yuxu problemlərinin daha iki nəticəsinindən danışıb. Belə ki, yuxusuzluq gün ərzində yorğunluğa və əhval-ruhiyyənin dəyişməsinə səbəb ola bilər ki, bu da mühüm qərarların qəbul edilməsini çətinləşdirir.