Gent.az xəbər verir ki, bu fikirləri psixoloq Samirə Bağırova deyib.
“Mütəxəssislər qeyd edirlər ki, eyni yaşdakı evliliklər və qadının ərindən yaşda böyük olması çox zaman uğurlu alınır. Belə ki, eyni yaşda olanlar eyni dəyişikliklər, tərz, dəb, dünyada baş verən hadisələr, yanaşmalara eyni vaxtda şahid olduqları üçün həyata baxışları üst-üstə düşə bilir. Əgər xanım yaşda böyük olursa ərindən bu zaman yoldaşının çətin anlarında, uğur qazanmasında yaxından iştirak edir. Bəzən ana kimi dəstəkçi ola bilir, uşağın tərbiyəsində daha səbrli, anlayışlı, qayğıkeş davrandığı üçün uğurlu nikah hesab edilir. Yaşından böyük kişi ilə evlilik istəyən xanımlarda - atanı güclü, qəhrəman, xilaskar, müdafiə edən obrazı kimi bildiyi, yaxud arzuladığı üçün ata dəstəyinə müdafiəyə, köməyə, ehtiyac duyduğu, özünü güvəndə hiss etməsini təmin etmək üçün özlərindən yaşlı kişilərə meyilli olurlar.
Maddiyat və sevgiyə gəlincə isə psixoloq qeyd edib ki, qarşılıqlı hörmət, anlayış səbr olduqda, məqsəd, hədəflər eyni olduqdan sonra hər şeyi birlikdə əldə etmək mümkündür:
“Bu cütlükləri əslində daha yaxın edir. Sadəcə ölkəmizdə maddiyyat öndədir deyə, kiçikdən böyüyə hisslərə dəyər verən azdır. Bu da o deməkdir ki, mənəvi dəyərlər itməkdədir”.(demokrat.az)