Gent.az xəbər verir ki, terapevt İrina Andreyeva orqanizmdə xaosun səbəblərini açıqlayıb.
"Tənha insanlar sağlamlıqlarını ciddi təhlükə altında qoyur.
Son elmi araşdırmalar göstərib ki, tənhalıq sindromu diabetin kliniki araşdırılmasına daxil edilməli və şəkər xəstələrinin tənhalıq ehtimalı dəyərləndirilməlidir.
Lazım gələrsə, buna müdaxilə edilməli, psixiatr, psixoloqlar cəlb olunmalıdır.
Alimlər bildirir ki, stress reaksiyalarının xroniki olaraq aktivləşməsi müəyyən müddət sonra diabetin yaranmasını artırır.
20 il davam edən tədqiqatın sonunda iştirakçıların 4,5%-də diabet yaranmışdı.
12,6% isə müxtəlif dərəcəli tənhalıqdan əziyyət çəkdiklərini bildirmişdi.
Məlum olub lo, özlərini tənha hiss edənlər, baxmayaraq ki, ailə və iş yerləri var, diabetə 2 dəfə daha çox tutulub. Əvvəllər hesab olunurdu, stress özü ayrılıqda diabet yarada bilməz. İndi isə səbəblərdən biri elə tənhalıq və depressiyadır.
Çünki belə adamların qanında daim kortizol yüksək olur, o isə bioloji prosesləri pozur, orqanizmdə xaos yaradır".(medicina.az)