Testosteron defisiti kişinin ciddi hormonal problemi olduğunu göstərir və bu bədən və üzdə özünü əlamətlərlə göstərir.
Gent.az xəbər verir ki, endokrinoloq Yuliya Sidorkina kişinin xarici görünüşünə baxmaqla testosteron əskikliyinin əlamətlərini açıqlayıb:
“Testosteron kişilərdə əzələ, cinsi aktivlik, süd vəziləri, saçları, saqqal, bədən tükləri və əzələ kütləsinə təsir edir.
Tiroksin və triyodtironun səviyyəsində dəyişmə olduqda kişilərdə qarın hissədən kökəlmə, qadın forması alma, süd vəzilərində və üzdə şişkinlik, dəridə quruma ola bilər.
Testosteron azlığı zamanı bud, qol əzələ kütləsi əriyir, qarın, göbək və bel çevrəsi əksinə piy yığır, bədən tükləri tökülür, azalır, süd vəziləri şişir, dazlaşma olur.
Çox zaman testosteron azlığı 35 yaşdan özünü göstərir, kişilər həm psixi, həm fiziki durumunda dəyişiklik hiss edirsə, mütləq endokrinoloqa müraciət etsinlər”.