Hindistanda 17 yaşlı qız yutubda baxdığı videolardan öyrəndikləri sayəsində evdə doğuş edib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin cənubunda yerləşən Kerala əyalətində baş verib.
Məlumata görə, yeniyetmənin övlad dünyaya gətirməsindən ailəsinin iki gün sonra xəbəri olub. Bu, uşağın otaqda ağlamasından sonra üzə çıxıb.
17 yaşlı qızın hamilə olmasına görə 21 yaşlı şəxs polis tərəfindən saxlanılıb.
Qızın hamiləliyini necə gizlətməsinə gəlincə, onun sözlərinə görə, anasının gözləri görməyib, atası isə xəstəxanada gecələr gözətçi işləyib. O hamiləliyini gizlətmək üçün mütəmadi olaraq çoxlu paltar geyinib.
Polisin açıqlamasına görə, yeniyetmə ilə gəncin münasibətindən onların ailələrinin xəbəri olub. Qız 18 yaşına çatanda, onlar evlənməyi planlaşdırırmış.