Qadınların bədəni kişilərə nisbədən qıdıqlanmaya daha həssasdır və onlar bundan qorxur.
Alimlər bu sindromun səbəbini xüsusi cihazla araşdırıblar.
Belə ki, Okleand Universitetinin biomühəndisləri "TicleFoot" adlı mexanizm icad ediblər.
Bu cihaz ayağın altını hərəkət edən xırda ucluqlarla qıdıqlayıb qıcıqlandırır. Fırça müxtəlif bucaqlarda yerləşdirilib və pəncə, dabanın qıdığa ən həssas nöqtəsini təyin edir.
Alimlər 6 qadın və 6 kişi üzərində eksperiment aparıb. Onların ayağının altı bu cihazla qıdıqlandırılıb.
Qıdığa reaksiya 1-7 balla qiymətləndirilib. Qadınlarda bu rəqəm 5,5, kişilərdə isə 3,5 olub. Müəyyən olunub ki, qadınlarda dabanın mərkəzi, kişilərdə isə ayaq barmaqlarının altı daha çox qıdığa həssasdır.
Eyni zamanda qadınlar ayağını cihaza taxanda və fırça onlara toxunanda qıdıqdan öncə həyəcanlı reaksiya verdiyi halda kişilər buna sakit yanaşıb. (Medicina.az)