Müntəzəm olaraq belə vasitələrin istifadəsi qadının psixoloji, ginekoloji, ürək-damar və hormonal sistemin sağlamlığına müsbət təsir edir.
Gent.az xəbər verir ki, bu fikrə ABŞ Cedar-Sinai tibbi mərkəzinin tədqiqatçıları gəlib. Alimlər bu mövzuda 21 elmi işin metanalizni aparıb.
Xüsusən qadınlar üçün olan vibratorların sağlamlığa təsirini araşdırıb.
Nəticələr göstərib ki, bu kimi intim cihaz və “oyuncaqları” müntəzəm istifadə edən qadınlarda seksual sağlamlıq yaxşılaşır, kiçik çanaq orqanlarında xroniki ağrılar, sidik saxlamama və uşaqlıq sallanması aradan qalxır, qan dövranı yaxşılaşır, stress hormonları azalır.
Çoxsaylı həzz imkanları qadında libidonu artırır.
Belə nəticəyə gəlinib ki, bu əşyalara seks üçün əyləncəli oyuncaq kimi yox, həm də tibbi baxımdan terapevtik metod kimi yanaşmaq lazımdır.
Qadın sağlamlığı üzrə mütəxəssislərə pasiyenlərə müalicə məqsədilə belə “oyuncaqlar”ın reseptə yazılması məsləhətdir. Bu bir çox qadın xəstəliklərini profilaktika edə bilər.(bakupost.az)