Sosial şəbəkələrdə yalnız bir kosmetik məhsulla makiyaj etməklə bağlı trend yayılıb.
Gent.az xarici mətbuata istinadən xəbər verir ki, söhbət göz qapaqlarına, həmçinin yanaqlara da çəkilməli olan pomadadan gedir. Hər şey düzgün aparılsa, nəticədə çox incə və təbii bir makiyaj olacaq.
Bunun üçün pomada seçiminə məsuliyyətlə yanaşmaq lazımdır. Yalnız məhsulun kölgəsinə deyil, həm də onun toxumasına diqqət yetirilməlidir. Qalın və tutqun dodaq boyaları sizə kömək etməyəcək. Parıldayan dodaq boyaları da seçim deyil.
Ən yaxşı seçim kremli teksturaya malik mat pomadadır. Bu cür pomadalar çox yaxşı qarışır və istifadə etdikdən sonra dərinizin quru yaxud qıcıqlanmayacağına əmin ola bilərsiniz.
Sadəcə əsas nöqtələrə pomada vurun, süngər və ya fırça ilə yaxşıca yayın. Əsasən yuxarıya doğru yönəldilməlidir. Bu yolla siz qaldırma effekti yarada biləcəksiniz.