Cəmiyyətimizdə yazılmamış qızıl qayda mövcuddur - Qadınların yaşı soruşulmaz. Bəs bu qaydanı kim qoyub, qadının yaşı niyə soruşulmaz?
Gent.az bu barədə məlumat verir.
Yaşla bağlı sualın nəzakətsizliyini xanımların özlərinin buna mənfi münasibəti ilə izah etmək olar. Ancaq sonra başqa bir sual yaranır. Niyə?
Niyə qadınlar yaş haqqında danışmırlar? Qadınlar bu sual qarşısında manevr edərək, yayına bilərlər. Eyni qaydada qadından çəkisini və ya evli olub-olmadığını soruşanda da dəqiq cavablar verməyə bilərlər.
Rasional nöqteyi-nəzərdən belə hesab olunur ki, istehzalı ifadələrə qulaq asmamaq, həmçinin digər xoşagəlməz suallara cavab verməmək üçün yaşını gizlətmək lazımdır.
Bəlkə də qadınlar həmsöhbətləri ilə normal münasibətlərini qoruyub saxlamaq üçün yaşlarını həmişə sirr olaraq saxladılar və bu ənənə şəklini aldı.
Müasir dünyada hər şey yaşdan asılı deyil. İndi insanlar daha yaxşı münasibət qurmaq üçün ümumi maraqlar, münasibətlərdə rahatlıq, xarakter və digər şəxsiyyət xüsusiyyətləri ön plana çəkirlər.