Bondiananın ilk filmindən ötən 58 il ərzində texnologiyalar geniş addımlarla irəliləyib.
Ceyms Bondun üç xüsusiyyəti hər kişidə paxıllıq hissi oyadır: inanılmaz həyatda qalmaq bacarığı, qadınlar arasında populyarlığı və möhtəşəm xəfiyyə qadcetləri.
Açığı bu qadcetlərin bir çoxunu günümüzdə artıq rahat sifariş etmək olar.
1.Mobil telefon
“Yaşa və ölməyə imkan ver”, “Rusiyadan sevgi ilə”
1963-cü illərdə avtomobilə qoşulan telefon o dönəm üçün fantastika idi. 10 il sonra isə Ceyms Bond balaca qutuya yerləşən radiotelefon istifadə edir. Qeyd etmək lazıdmır ki, günümüzdə telefonlar artıq ovucumuzda yerləşir və çox geniş funksiyalara malikdir.
2. Radiomayaklar
“Qoldfinqer”, “Səkkizayaq”
“Qoldfinqer”də Ceyms Bond İsveçrəni gəzən krallığın düşmənlərini onların maşınların gizlədilmiş radiomayakla izləyir. Saxlanılanda isə ayaqqabısında gizlədilmiş mayakı işə salaraq qurtula bilir. Günümüzdə GPS-brelok alaraq hamıni izləyə bilərik.
3. Qeyqer sayğacı
“Doktor Nou”
Bu filmdə məşhur xəfiyyə radiasiyanı ölçmək üçün böyük bir qadcetdən istifadə edir. Lakin günümüzdə ən keyfiyyətli Qeyqer sayğacları balaca kalkulyator boydadır.
4-6. Sualtı videokamera/Reaktiv çanta/Su altında insanı hava ilə təmin edən aparat
“Dairəvi ildırım”
Bu filmdəki sualtı döyüş bir çox sualtı qadcetlə yadda qalıb. O zaman hətta Jak İv Kusto bu cür texnologiyaları əldə edə bilməzdi. Günümüzdə isə bunların hamısı əlçatan vasitələdirdir.
7-8. Kiçik videokamera
Xəfiyyənin standart qadcet çantasında çox kiçik videokamera və diktofon şərtdir. Bunlar hansısa gizli xəritələri çəkməyə və məlumatı dinləməyə şərait yaradır.
Günümüzdə bu qadcetlər artıq adiləşib.
9. “Bug” detektoru
Bu qadcet yalnız xəfiyyələrə lazım deyil. Hal-hazırda belə bir detektoru əldə etmək çox asandır. Lakin Ceyms Bondun vaxtında bu əsl “nou-hau” idi.
10. Şəxsi sualtı qayıq
Əgər 20-30 il öncə bu mümkünsüz idisə, günümüzdə şəxsi sualtı qayıqlarda hətta 2-3 sərnişin üçün yer ayrılıb. Ona görə də, gəminiz batarkən bilin ki, özünüzlə bərabər bir-neçə insanı da xilas edə bilərsiniz.