“Instagram” sosial şəbəkəsinin rəhbərliyi, şəxsi mesajlarda təhqir yazan istifadəçilərin profillərini siləcəyini açıqlayıb. Gent.az xəbər verir ki, bundan əvvəl isə “Instagram” qaydalarına zidd mesajlar göndərənlər üçün, şəxsi yazışmalar aparmaq müvəqqəti qadağan edilmişdi. Ancaq sosial şəbəkə rəhbərliyi mesaj göndərmə məhdudiyyətlərini aradan qaldırmaq üçün, yalnız yaradılan yeni hesablardan təhqir mesajları göndərən istifadəçilərin hesablarını deaktiv edəcəyinə söz verib.
Bundan əlavə, tezliklə bütün” Instagram” istifadəçiləri abunə olmadıqları hesablardan şəxsi mesajları bloklamaq imkanına sahib olacaqlar. Hazırda bu xüsusiyyət yalnız şirkət hesabları və çox sayda abunəçi olan hesablar üçün işləyir.
Xatırladaq ki, İngilis klubu "Mançester Yunayted" in bir neçə futbolçusu sosial şəbəkələrdə irqçi təhqirlə qarşılaşdıqdan sonra “Instagram” şəxsi mesaj qaydalarını sərtləşdirməyə qərar verib.
Bunula bağlı “Manchester United”, “Manchester City”, “Everton” və “Liverpool” klubları da internetdəki irqçiliyi və ayrıseçkiliyi qınayan ortaq bir açıqlama yayıblar.
Namiq Musayev