Tviter sosial şəbəkəsinin sahibi, amerikalı sahibkar İlon Mask tvitlərin bundan sonra X-lər adlandırılacağını deyib.
Gent.az xəbər verir ki, o bu barədə özünün Tviter hesabında paylaşım edib.
O, istifadəçilərdən birinin platformanın rebrendinqindən sonra tvitlərin necə adlanacağı ilə bağlı sualına cavab verərək “X-lər” yazıb.