Təqdim edilmiş bu planşet artıq Avropa bazarında satışa çıxarılıb.
Beləliklə, Redmi Pad SE planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 11 düym LCD ekran ilə təchiz olunub.
Gent.az xəbər verir ki, ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Planşet özündə Dolby Atmos dəstəkli 4 ədəd səsgücləndiricini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir.
Əsas texniki göstəricilərə gəldikdə isə Redmi Pad SE Snapdragon 680 prosessoru, 4/6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 8 MP-lik arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 8000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi Pad SE planşeti MIUI Pad 14 interfeysli Android 13 vasitəsilə çalışır. 4 GB RAM-a sahib versiya 200 avroya, 6 GB RAM-a sahib versiya 230 avroya, 8 GB RAM-a sahib versiya isə 250 avroya satılır.(lent.az)