Nəhayət, "YouTube", "Premium" abunəliyini Azərbaycan üçün də aktivləşdirib.
Gent.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşunas bildirib.
O bildirib ki, bu abunəlik sayəsində reklamsız "YouTube" videoları izləmək və musiqiləri dinləmək, "YouTube" videosunu arxa planda açıq qoymaq, həmçinin, videoları yükləyərək, internet olmadan da izləmək mümkün olacaq.
“Qiymətlər isə Azərbaycana özəldir. Tələbələr üçün aylıq 3,89, fərdlər üçün 6,59, ailə paketi isə 12,49 dollar təşkil edəcək. İlk 1 ay pulsuz olacaq”. (Sfera.az)