"Qara siyahı" xidməti istənilən abunəçi üçün əlçatandır. Lakin abunəçilər “qara siyahı”da olduqdan sonra həmin nömrəyə necə zəng edəcəyini bilmir.
Gent.az xarici mətbuata istinadən xəbər verir ki, ödənişli xidmət sizi qane etmirsə, abonentlə messencerlər vasitəsilə əlaqə saxlamağa cəhd edə bilərsiniz.
“İphone” sahibləri üçün "Telefon" bölməsinə girib, burada zəng edənin identifikatoru seçimini deaktiv etməlisiniz.
“Android” istifadəçiləri də eyni şeyi etməli və parametrlər vasitəsilə zəng edənin identifikatorunu deaktiv etməlidirlər.